Azərbaycanda yaradılması nəzərdə tutulan iki tədqiqat institutu mövcud universitetlərin əsasında qurulacaq.
APA xəbər verir ki, bunu elm və təhsil naziri Emun Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, hələ həmin universitetlər müəyyən olunmayıb:
"Bunun üçün universitetlərin fəaliyyəti təhlil olunacaq. Hansı universitet kriteriyalara cavab verəcəksə, onun əsasında yaradılacaq".