Bank Of Baku

Nazir: Elektron diplomlara keçid üzrə işlər davam etdirilir

Nazir: Elektron diplomlara keçid üzrə işlər davam etdirilir
# 04 may 2023 16:56 (UTC +04:00)

"Elektron diplomlara keçid üzrə işlər davam etməkdədir".

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Elm və Təhsil Naziri Emin Əmrullayev deyib.

O bildirib ki, bunun üçün bəzi məlumatların digər qurumlardan inteqrasiya olunmasına ehtiyac var.

"Eyni zamanda, elektron diplomlara keçid ilə bağlı qanunvericilikdə dəyişikliklər olunmalıdır. Elm və Təhsil Nazirliyi olaraq buna hazırıq. Ali təhsil müəssisələrinin bütün məlumat sistemləri toplanılıb. Burada vətəndaşların tələbə qəbulu prosesi, təhsil alan tələbələr və tələbə-məzun məlumatları yer alır. Vətəndaşlar məlumat bazası ilə diplomlarının həqiqiliyini onlayn qaydada yoxlaya bilərlər".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR