Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Hacıqabul gölündən nümunələr götürüblər.
APA-nı Mil-Muğan bürosunun məlumatına görə, göldən götürülən torpaq və su nümunələrinin araşdırılacağı bildirilir.
Bir neçə gün öncə ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov və nazirliyin əməkdaşları gölə baxış keçirib. Nazir müavininin göstərişinə əsasən, göldən su və torpaq nümunələri götürmək üçün nazirliyin əməkdaşları Hacıqabula ezam olunub.
Qeyd edək ki, Hacıqabul gölunun ekoloji vəziyyəti ilə bağlı Milli Məclisin iclasında deputat İltizam Yusifov tərəfindən məsələ qaldırılıb. Hacıqabul gölünün bərpası barədə məsələ MM-in Təbii ehtiyatlar, Energetika və Ekologiya komitəsinin iş planlarına daxil edilib, müzakirə olunub, müəyyən araşdırmalar aparılıb.