Bank Of Baku

Nazir müavini: Müharibə əlillərinə 7500 avtomobil verilib

Nazir müavini: Müharibə əlillərinə 7500 avtomobil verilib
# 20 aprel 2023 11:56 (UTC +04:00)

Post-müharibə dövründə müharibə əlillərinə və onlara bərabər tutulan şəxslərə 324, ümumilikdə ötən dövr ərzində 7500 avtomobil verilib.

APA xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli bildirib.

Onun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şəhid ailələri, müharibə əlilləri, iştirakçıları və müharibədən zərər çəkən vətəndaşlarımızla bağlı icra etdiyi proqramlar təkcə mənzil və avtomobil təminatı ilə məhdudlaşmır:

“Bu proqramlar çərçivəsində 124 min vətəndaşa 281 min xidmət göstərilib. Bu xidmətlər daimi əsasla göstərilir. Bu xidmətlərə əsasən qeyd etdiyim kateqoriyadan olan vətəndaşlarımıza sosial ödənişlərin təyin olunması və ödənilməsi, sosial-reablitasiya xidmətləri ilə əhatə olunması, müharibə əlillərinin reabilitasiya vasitələri və protezlərlə təminatı, məşğulluq xidmətlərinin göstərilməsi, eyni zamanda özünüməşğulluq aktiv məşğulluq proqramlarına cəlbi və Vahid Əlaqələndirmə Mərkəzlərində göstərilən xidmətlərdir”.

Şəms Quliyev

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR