Bank Of Baku

Nazir: Top 800 universitetlərin siyahısına düşmək əsas hədəfimizdir

Nazir: Top 800 universitetlərin siyahısına düşmək əsas hədəfimizdir
# 17 aprel 2023 14:13 (UTC +04:00)

Ali təhsil sistemimizlə bağlı bir sıra prioritetlərimiz var. Burada ilk növbədə Azərbaycan universitetlərində tədqiqat və təhsilin keyfiyyətinin artırılması istiqamətində reytinqlərdə irəliləməkdir.

APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsildə Keyfiyyət Təminatı Agentliyinin fəaliyyətinin Avropa Ali Təhsil məkanında keyfiyyət təminatı üzrə standart və təlimatlara uyğun təşkili adlı kollegiyal məşvərət iclasında deyib.

O bildirib ki, top 800 universitetlərin siyahısına düşmək əsas hədəfimizdir:

"Biz əgər keyfiyyət təminatı sistemlərini qurmadan muxtariyyətə gedəcəyiksə, keyfiyyətə nəzarət funksiyamızı itirmiş olacağıq. Bu gün əsas məsələ qəbul planının neçə faiz doldurulmasıdır. Mənim üçün bu, o qədər də əhəmiyyət kəsb etmir. Çalışmalıyıq ki, rəqabətli sistemə keçək".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR