Ən çox sıxlıq olan məktəblər Bakıda, Sumqayıt, Abşeron rayonu üzrə Xırdalan və Masazırda olur.
APA xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov "Təhsil masası"nda qonaq olarkən deyib.
O bildirib ki, həmin məktəblərdə sıxlıq olduğu üçün əsasən prioritetli şagirdlər qəbul edilir:
"Sıxlıq qəbul həyata keçirilən məktəblərin 2-3 faizindən artıq deyil".