Bank Of Baku

Nicat Məmmədli: BDU-nun nəşrləri AMEA-nın nəşrlərindən çoxdur

Nicat Məmmədli: BDU-nun nəşrləri AMEA-nın nəşrlərindən çoxdur
# 17 aprel 2023 16:39 (UTC +04:00)

Əksər post-sovet ölkəsində Elmlər Akademiyaları fəaliyyət göstərir və tədqiqatla onlar məşğul olurlar. Bizdə də belə idi.

APA xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli bildirib. Onun sözlərinə görə, universitetlər həm tədqiqat aparıb, həm də tədrisə cavabdeh olmağa borclu deyildilər:

“Bu gün tədqiqatla bağlı nəticələr elmi nəşrlərin sayına əsasən müəyyən edilir. Ölkəmizdə ən çox nəşrlə tanınan Bakı Dövlət Universitetidir. Hətta BDU-nun nəşrləri AMEA-nın nəşrlərindən çoxdur. Lakin istinadları nəzər salanda, AMEA-nın kəmiyyətinin digər ali təhsil müəssisələri ilə müqayisədə daha çox olduğunu görürük.

Artıq bəzi institutlarımız Bakı Dövlət Universiteti ilə müqavilə imzalayıblar və beləliklə, onlar birgə çalışacaqlar. Hesablamışıq ki, yalnız mövcud universitetlər arasında iki universitet ölkəmizdə tədqiqat universiteti adını qazana bilər”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR