AKP partiya sədri, prezidentliyə namizəd Rəcəb Tayyib Ərdoğan Prezident və 28-ci çağırış Parlament seçkiləri çərçivəsində səsvermə hüququndan istifadə edib.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, o səsvermə prosesinə İstanbul şəhərində qatılıb.
Ərdoğan jurnalistlərə açıqlamasında bildirib ki, seçkilər problemsiz keçir.