Bank Of Baku

Proaktiv qaydada pensiya, müavinət, təqaüd təyin olunanların sayı açıqlanıb

Proaktiv qaydada pensiya, müavinət, təqaüd təyin olunanların sayı açıqlanıb
# 11 may 2023 10:10 (UTC +04:00)

2023-cü ilin yanvar-aprel ayları ərzində 58,8 min pensiya, müavinət, təqaüd təyinatı elektron sistem üzərindən proaktiv qaydada aparılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya bildirilib ki, onlardan 12,8 mini pensiya, 46 mini müavinət və təqaüd təyinatı olub.

Nazirlik tərəfindən 2019-cu ilin əvvəlindən başlayaraq pensiyaların, sonralar müavinət və təqaüdlərin təyinatı elektronlaşdırılıb.

Həmin e-təyinat sistemləri vətəndaşların sosial təminat növlərinə hüquqları yarandığı halda müraciət olunmadan və sənəd təqdim edilmədən müvafiq təyinatların e-sistem üzərindən avtomatik aparılmasına imkan verir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR