Bank Of Baku

Prokurorluq əməkdaşları uşaq və körpələr evlərini ziyarət edib - FOTO

Prokurorluq əməkdaşları uşaq və körpələr evlərini ziyarət edib

© APA | Prokurorluq əməkdaşları uşaq və körpələr evlərini ziyarət edib

# 02 may 2023 19:19 (UTC +04:00)

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar həyata keçirilən kompleks tədbirlərin davamı olaraq, mayın 2-də prokurorluq əməkdaşları paytaxtda yerləşən uşaq və körpələr evlərini ziyarət edib.

Bu barədə APA-ya Baş Prokurorluğun mətbuat xidmətindən xəbər verilib.

Görüşdə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin hər zaman uşaqlara böyük qayğı ilə yanaşması barədə uşaqlara danışılıb.

Ziyarət çərçivəsində, prokurorluq əməkdaşları xüsusi qayğıya ehtiyacı olan, eləcə də valideyn himayəsindən məhrum olan uşaqların problemləri, onların təlim-tədris proqramı ilə maraqlanıb, uşaqlara hədiyyə və dərs ləvazimatları təqdim edib.

Aksiyanın gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR