Bank Of Baku

QHT Agentliyi: Ermənistanın əsir və girovlarla bu formada rəftarı ilk belə hadisə deyil

QHT Agentliyi: Ermənistanın əsir və girovlarla bu formada rəftarı ilk belə hadisə deyil
# 14 aprel 2023 11:31 (UTC +04:00)

Dumanlı hava şəraitində azaraq Ermənistan ərazisinə keçmiş əsgərlərimizə edilmiş işgəncələrə dair yayılan görüntülər bir daha sübut etdi ki, Ermənistan nəinki beynəlxalq konvensiyaların tələblərinə riayət etmir, həmçinin cinayət törədir.

APA xəbər verir ki, bunu "Cəmiyyətin İnkişafı Mərkəzi" İctimai Birliyinin sədri Əhməd Abbasbəyli deyib.

O bildirib ki, Azərbaycan ictimaiyyətinin nümayəndələri olaraq bu məsələdə laqeyd qala bilməzlər:

"Beynəlxalq ictimaiyyətin məsələyə birtərəfli yanaşması və ədalətsiz mövqeyinə qarşı çıxmalıyıq. Beynəlxalq ictimaiyyətin bu məsələlərdə birtərəfli mövqeyi bəzi hallarda susqun olmağımızdan qaynaqlanır. Buna görə də bir çox hallarda haqlı olduğumuz yerdə haqsız duruma düşürük. Ermənistan 44 günlük müharibə dövründə də dinc əhaliyə qarşı müxtəlif iriçaplı silahlardan, reaktiv raketlərdən atəş açaraq müharibə cinayətləri törədib. Bu günlərdə də həmin prosesin davamı gedir. Buna qəti şəkildə münasibət bildirməliyik".

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimli isə qeyd edib ki, Ermənistanın əsir və girovlarla bu formada rəftarı ilk belə hadisə deyil:

"Birinci Qarabağ müharibəsi zamanı 3890 nəfər Azərbaycan vətəndaşı əsir və girov götürülüb. Onlardan 98-i qadın, 29-uşaq, 112-si isə ahıl şəxslərdir. Bu şəxslərin aqibəti barədə qarşı tərəf bu vaxta qədər heç bir məlumat verməyib. Biz bu son məsələ barədə də beynəlxalq təşkilatlardan dərhal reaksiya gözləyirik. Hesab edirik ki, hələ reaksiya gecikib. Ermənistanın məsuliyyətinə cavabdehlik xüsusən vurğulanmalı, beynəlxalq təzyiq gücləndirilməlidir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR