Bank Of Baku

Qida blokunda nöqsanlara görə 6 məktəbin rəhbərinə töhmət verilib, 168-nə isə xəbərdarlıq edilib

Qida blokunda nöqsanlara görə 6 məktəbin rəhbərinə töhmət verilib, 168-nə isə xəbərdarlıq edilib
# 26 aprel 2023 14:20 (UTC +04:00)

2022-2023-cü illər ərzində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qida məhsullarının minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinin, o cümlədən qidalanmanın təşkili səviyyəsinin yoxlanılması məqsədilə qida bloku ilə təmin olunmuş 174 ümumi təhsil müəssisəsində yoxlama həyata keçirildiyi və nöqsanlara yol verən şəxslər barədə qanunamüvafiq tədbirlər görüldüyü barədə ictimaiyyətə daha əvvəl məlumat verilmişdi.

APA xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qeyd olunan məsələ ilə əlaqədar Elm və Təhsil Nazirliyi tərəfindən müvafiq araşdırma aparılıb, nöqsanlara yol verən 6 ümumi təhsil müəssisəsinin rəhbərinə Əmək Məcəlləsinə əsasən töhmət verilib, 168 ümumi təhsil müəssisəsinin rəhbərinə isə xəbərdarlıq edilib.

Əlavə olaraq deyilib ki, Elm və Təhsil Nazirliyi, həmçinin yerli təhsili idarəetmə orqanları tərəfindən də təhsil müəssisələrində aparılan yoxlamalar zamanı müəssisələrdə qida təhlükəsizliyi, qida bloklarının sanitar-texniki və sanitar-gigiyenik normalara uyğunluğu yoxlanılır və nöqsanlara yol verən şəxslər barədə qanunamüvafiq tədbirlər görülür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR