Bank Of Baku

Qida məhsullarının zənginləşdirilməsi barədə qərarın qəbulu qaydası müəyyənləşib

Qida məhsullarının zənginləşdirilməsi barədə qərarın qəbulu qaydası müəyyənləşib
# 06 may 2023 14:56 (UTC +04:00)

Nazirlər Kabineti “Qida məhsullarının zənginləşdirilməsi (fortifikasiya) haqqında qərarın qəbul edilməsi qaydası”nı təsdiq edib.

APA-nın xəbərinə görə, Qida məhsullarının zənginləşdirilməsi haqqında qərar Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun elmi əsaslandırılmış təklifləri əsasında Nazirlər Kabineti tərəfindən qəbul edilir və qida zənciri subyektləri üçün məcburi xarakter daşıyır.

Qida məhsullarının zənginləşdirilməsi haqqında qərar daxili bazara yerləşdirilməsi məqsədilə istehsal və ya emal edilən və ya ölkəyə idxal olunan qida məhsullarına şamil edilir. Qida məhsullarının zənginləşdirilməsi haqqında qərar qida məhsullarının qida dəyərinin yüksəldilməsi və zəruri nutriyent qəbulu səviyyəsinin təmin edilməsi, nutriyent çatışmazlığının qarşısının alınması, azaldılması və ya aradan qaldırılması yolu ilə həyat və sağlamlığın qorunması, habelə əhalidə yaranan xəstəliklərin profilaktikası məqsədilə qəbul edilir.

Əhalinin sağlamlıq vəziyyətinin öyrənilməsi məqsədilə yaradılan tibbi statistika və məlumat-analitik bankının məlumatları, habelə adambaşına düşən istehlak göstəricilərinə dair məlumatlar əsasında zərurət müəyyən olunduqda, Agentlik və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən qida məhsullarının zənginləşdirilməsi ilə bağlın prosedura başlanılması barədə qərar qəbul edilir. Bu Qaydada qeyd olunan məlumatlar Agentlik tərəfindən qida məhsullarının zənginləşdirilməsi ilə bağlı elmi araşdırmanın aparılması məqsədilə İnstituta təqdim edilir. İnstitut tərəfindən elmi araşdırma aşağıdakılar nəzərə alınmaqla aparılır:

- əhalidə bir və ya daha çox nutriyent çatışmazlığı ilə bağlı tibbi dəlillər;

- nutriyentlərin qəbulunun aşağı səviyyədə olmasına dair məlumatlar;

- əhalinin qidalanma vəziyyətinin yaxşılaşdırılması və (və ya) qidalanma vərdişlərində baş verən dəyişikliklər səbəbindən qida qəbulunda nutriyentlərin mümkün çatışmazlıqlarının aradan qaldırılması imkanı;

- nutriyentlərin qidalanmada rolu və onların (o cümlədən onların çatışmazlığının) sağlamlığa təsirləri ilə bağlı son elmi sübutlar;

- nutriyentlərin insan həyat və sağlamlığı üçün təhlükəsiz

olan yuxarı həddi;

- çatışmazlığı olan nutriyenti ehtiva edən hər bir qida məhsulunun ümumilikdə əhalinin və ya əhalinin xüsusi qruplarının ümumi qida rasionundakı miqdarı;

- çatışmayan nutriyentlərin digər qida mənbələrindən qəbulu səviyyəsi;

- qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktlarla müəyyən edilmiş tələblər.

Aparılan elmi araşdırma nəticəsində İnstitut tərəfindən qida məhsullarının zənginləşdirilməsi haqqında elmi əsaslandırılmış təklif formalaşdırılır və Agentliyə təqdim edilir. Agentlik tərəfindən bu təklif əsasında zənginləşdirilə biləcək qida məhsullarının, o cümlədən həmin qida məhsullarının zənginləşdirilməsinin iqtisadi sahəyə təsirinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və digər aidiyyəti dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların nümayəndələrindən ibarət tərkibdə işçi qrup yaradılır. İİşçi qrupun təklifləri nəzərə alınmaqla Agentlik tərəfindən qərar layihəsi hazırlanır. Həmin layihə İnstitutun elmi əsaslandırılmış təklifi ilə birlikdə A Nazirlər Kabinetinə təqdim edilir. Qida məhsullarının zənginləşdirilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilən qərarda çatışmazlığı olan nutriyentin qida məhsulundakı həddi qeyd edilməlidir. Qida məhsuluna inqrediyentin və digər maddənin əlavə edilməsi çatışmazlığı olan nutriyentin qida məhsulunda ən azı müəyyən edilmiş minimum miqdarda olması ilə nəticələnməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR