Bioloji Müxtəlifliyin Qorunması və Dövlət Ekoloji Təhlükəsizlik Xidmətlərinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Qızılağac Milli Parkının "Kiçik Körfəz" adlanan ərazisindən sintetik tor götürülüb.
Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyindən xəbər verilib.
Qeyd edilib ki, ərazidən 504 metr uzunluğunda 28 ədəd sintetik tor götürülüb.