Bank Of Baku

Qubada Vətən müharibəsi qazisinə yeni ev tikilir

Qubada Vətən müharibəsi qazisinə yeni ev tikilir
# 03 may 2023 19:18 (UTC +04:00)

Vətən müharibəsi qazisi Elgün Nəsrullayevə yeni ev tikilir.

Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev Vətən müharibəsi qazisi Elgün Nəsrullayevin yaşadığı mənzilə gələrək onun mənzil və məişət şəraiti ilə tanış olub.

“Mənə bu yaxınlarda məlumat verildi ki, qazimiz 3 ildir nişanlıdır və ev şəraitsiz olduğuna görə ailə qura bilmir. Ona görə biz, Rayon İcra Hakimiyyəti olaraq qərara gəldik ki, Ulu Öndərimizin yüz illik yubileyi ilə əlaqədar 10 may günü həm toy mərasimi keçirək, həm də torpaq yeri müəyyənləşdirdik. Bu gündən başlayaraq evin tikintisinə başlanılıb. Qısa müddətdə də ev təhvil veriləcək. Bu dövlətimiz adından həm toy hədiyyəsi olsun, həm də ev hədiyyəsi”, – icra başçısı qeyd edib.

İcra başçısı yeni evin tikintisi, eyni zamanda, mayın 10-da toy məclisinin təşkili məqsədilə aidiyyəti şəxslərə tapşırıqlar verib.

"Dövlətimizlə, başda Cənab Prezident olmaqla, rayonumuzla, icra başçımızla fəxr edirəm. Oğlumun toyu həll olunacaq, yer verilib, ev tikiləcək, böyük şərəfdir. Allah dövlətimizi, Vətənimizi, insanlarımızı qorusun” - qazinin atası Mithəd Nəsrullayev deyib.

Qazi Elgün Nəsrullayev də şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərinə təşəkkür edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR