Bank Of Baku

Qurban Yetirmişli: Kahramanmaraşda dağılan elə binalar var ki, tikinti tələblərinə əməl edilib

Qurban Yetirmişli: Kahramanmaraşda dağılan elə binalar var ki, tikinti tələblərinə əməl edilib
# 19 aprel 2023 14:30 (UTC +04:00)

Kahramanmaraşın Pazarcık qəsəbəsində zəlzələ 9 baldan çox olub. 8-10 kilometr dərinlikdə olduğuna və 45 saniyə davam etdiyinə görə belə fəlakətli olub.

APA xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli deyib.

“Pazarcık qəsəbəsində dağılan elə binalar var ki, onlar arasında tikinti normalarına əməl olunmayıb, amma elələri də var ki, bütün tikinti tələblərinə əməl edilib. Bəzi binaların dağılması, bəzilərinin isə dağılmamasına səbəb binalar altındakı layların fərqliliyinə görədir”, - Qurban Yetirmişli qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR