Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobil karvanı manesiz keçid edib.
Laçın istiqamətindən gələn 1 minik, 8 yük maşını aksiya keçirilən yoldan maneəsiz keçərək Xankəndiyə gedib.