Bank Of Baku

Şabranda güclü yağış fəsadlara səbəb olub - FOTO

Şabranda güclü yağış fəsadlara səbəb olub - FOTO
# 27 aprel 2026 11:49 (UTC +04:00)

Şabran rayonunda yağan güclü yağışlar nəticəsində gələn sel Xəlfələr kəndində körpünü uçurub.

APA-nın bölgə müxbirinin məlumatına görə, kəndin bir hissəsinin rayon mərkəzi ilə əlaqəsi kəsilib.

Rayon mərkəzindən 11 kilometr məsafədə yerləşən kənd Dəvəçi çayının hər iki sahilində, dağların ətəyində yerləşir. Son günlər yağan intensiv yağışlar nəticəsində Dəvəçi çayında suyun səviyyəsi artıb və çayın hər iki sahilini birləşdirən körpü dağılıb. Nəticədə kəndin digər hissəsinin rayonla əlaqəsi kəsilib.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Şabran Rayon İcra Hakimiyyəti başçısının müavini İlkin Ağayev APA-ya açıqlamasında bildirib ki, körpünün qısa müddətdə bərpası nəzərdə tutulur. Onun sözlərinə görə, mart-aprel aylarında yağan güclü yağışlar nəticəsində rayon ərazisində ümumilikdə 11 körpü zərər görüb. Onlardan 5-i artıq bərpa olunub. Yaxın vaxtlarda Xəlfələr kəndindəki körpünün bərpası istiqamətində işlər görüləcək.

Xanım Məmmədova

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR