Bank Of Baku

Şagird davranış qaydalarının icrası ilə bağlı monitorinqlər başlayıb

Şagird davranış qaydalarının icrası ilə bağlı monitorinqlər başlayıb
# 13 aprel 2023 13:00 (UTC +04:00)

Aprel ayından etibarən şagird davranış qaydaları pilot layihəsinin icrası ilə bağlı monitorinqlər başlayıb.

APA xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev media nümayəndələri üçün keçirilən seminarda deyib.

O bildirib ki, ilkin nəticələr müsbətdir: "Lakin bəzi məktəblər layihəni düzgün icra edə bilmir. 2023-cü ilin sentyabrından bütün məktəblər bu qaydalar əsasında öz qaydalarını hazırlamalıdırlar. Valideynlər bu qaydaların işləməsində maraqlı olmalıdırlar. Əgər məktəblə bu sahədə əməkdaşlıq etməsələr, bu qaydalar işləməyəcək".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR