Bank Of Baku

“Sülhün Kökləri” təşkilatının təsisçisi Füzulidə mina partlayışını izləyib

“Sülhün Kökləri” təşkilatının təsisçisi Füzulidə mina partlayışını izləyib
# 09 may 2023 14:35 (UTC +04:00)

“Sülhün Kökləri” (Roots of Peace) beynəlxalq humanitar təşkilatının təsisçisi və rəhbəri Heidi Kühn Füzuli rayonu Horadiz kəndi ərazisindəki minatəmizləmə sahəsilə tanış olub.

APA-nın xəbərinə görə, bildirilib ki, Horadiz kəndi ərazisində bugünədək Ermənistan istehsalı olan 53 ədəd piyada (PMN), 208 ədəd Rusiya istehsalı olan TM-62P2 texnika əleyhinə mina, 2 ədəd partlamamış hərbi sursat tapılıb.

Qeyd edilib ki, Horadiz Füzulinin işğaldan azad olunan yaşayış məntəqələri arasında ən çox mina və partlamamış hərbi sursatlarla çirklənmiş kəndi hesab olunur. Hazırda Horadiz kəndinin ərazisi qarışıq minalarla zəngindir.

“Sülhün Kökləri” təşkilatının təsisçisi mina partlayışını izləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR