Bank Of Baku

Sumqayıtda Beynəlxalq Yer Günündə təmizlik aksiyası keçirilib - FOTO

Sumqayıtda Beynəlxalq Yer Günündə təmizlik aksiyası keçirilib - FOTO
# 23 aprel 2023 11:20 (UTC +04:00)

22 aprel - Beynəlxalq Yer Günündə Xəzər dənizinin Sumqayıt sahilində təmizlik işləri aparılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən nazirliyin dəstəyi və "Kontakt Home" mağazalar şəbəkəsinin təşkilatçılığı ilə keçirilən aksiya zamanı sahilyanı ərazi tullantılardan təmizlənib.

Yüzdən artıq iştirakçının qoşulduğu tədbir zamanı 2 hektar sahədən 2 tondan artıq tullantı toplanıb. Ən çox tullantı toplayan iştirakçıya “Kontakt Home” tərəfindən hədiyyə verilib, müsabiqədə iştirak edənlərə mükafatlar təqdim olunub.

Tədbirin keçirilməsində məqsəd dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və hər kəsi dəniz ətraf mühitinin mühafizəsində iştiraka cəlb etməkdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR