Tərtər Rayon Mərkəzi Xəstəxanasının direktorunun əmri ilə tibb müəssisəsinin nəzdində fəaliyyət göstərən Talış Ailə Sağlamlıq Mərkəzinin müdiri vəzifəsi Adil Cəlahaniyə həvalə olunub.
Bu barədəTƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilib ki, Adil Cəlahani bundan əvvəl Tərtər Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinin həkimi kimi fəaliyyət göstərib.