Heydər Əliyev sarayında Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş "Tarix yaradan şəxsiyyət" adlı yubiley konserti keçirilib.
APA xəbər verir ki, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi və digər rəsmilər iştirak edib.
Tədbir Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin Uşaq Simfonik Orkestrinin ifasında Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Konsert proqramı Uşaq-Gənclər İnkişaf mərkəzlərinin istedadlı tələbələrinin ifasında şeir, mahnı və rəqs kompozisiyaları ilə davam edib.