Bank Of Baku

TƏBİB: Biləsuvarda partlayışda xəsarət alanlardan ikisi Yanıq Mərkəzinə təxliyə edilib

TƏBİB: Biləsuvarda partlayışda xəsarət alanlardan ikisi Yanıq Mərkəzinə təxliyə edilib
# 25 aprel 2023 09:58 (UTC +04:00)

Biləsuvar rayonu, Heydər Əliyev prospekti 5 ünvanında yerləşən yaşayış binasında partlayış baş verməsi səbəbilə xəsarət alan 2 nəfər (1-i qadın cinsi - 2009-cu il təvəllüdlü, 1-i kişi cinsi - 2013-cü il təvəllüdlü) TƏBİB-in tabeliyindəki Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunublar.

Bu barədə TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib.

"Tibb müəssisəsinin Reanimasiya şöbəsinə yerləşdirilən şəxslərin vəziyyətləri ağırdır", - deyə cavabda deyilib.

Qeyd edək ki, aprelin 24-də Biləsuvar rayonu, Heydər Əliyev prospekti 5 ünvanında yerləşən yaşayış binasında partlayış baş verib. Dağıntılar altında qalan 2 nəfər şəxs xilas edilib, bir nəfərin cəsədi çıxarılıb.


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR