Bank Of Baku

TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub

TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub
# 04 may 2026 14:42 (UTC +04:00)

TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub.

Bu barədə APA-ya TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, sözügedən vəzifəyə Ramil Muxtarzadə, Töhfə Cəmilova və Bahadur Rzayev təyinat alıb.

Ramil Muxtarzadə 2023-cü ildən etibarən hazırkı təyinatınadək İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində Strateji inkişaf və iqtisadi təhlil departamentinin rəhbəri kimi fəaliyyət göstərib.

Töhfə Cəmilova isə 2026-cı ildən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda İdarə Heyəti sədrinin müşaviri, daha sonra isə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Aparatında Strateji planlaşdırma, koordinasiya və icraya nəzarət şöbəsinin müdiri vəzifəsində çalışıb.

Bahadur Rzayev 2023–2024-cü illərdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində Reabilitasiya, keyfiyyətə nəzarət və xidmətin təşkili departamentinin müdiri, 2025-ci ildən hazırkı təyinatınadək isə İdarə Heyəti sədrinin müşaviri vəzifəsində fəaliyyət göstərib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR