Bank Of Baku

Tədrisi digər dillərdə aparılan I siniflərə qəbulla bağlı müsahibəyə qeydiyyat başlayır

Tədrisi digər dillərdə aparılan I siniflərə qəbulla bağlı müsahibəyə qeydiyyat başlayır
# 15 may 2023 10:05 (UTC +04:00)

Bu gün saat 11:00-dan etibarən Azərbaycan bölməsi üzrə sorğuların yerləşdirilməsi (məktəb seçimi) və dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı məktəbəhazırlıq qruplarına cəlb olunmuş və məktəbəhazırlıq qruplarına cəlb olunmamış uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibəyə yazılmaq üçün qeydiyyat başlayır.

Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən xəbər verilib.

Qeyd edək ki, saat 11:00-dan etibarən Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbinin Azərbaycan bölməsi üzrə birinci siniflərinə qəbulla bağlı müsabiqəyə yazılmaq üçün də qeydiyyata start veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR