Bank Of Baku

Texnofest-2023 festivalının qaliblərin mükafatlandırılması mərasimi keçirilir

Texnofest-2023 festivalının qaliblərin mükafatlandırılması mərasimi keçirilir
# 29 aprel 2023 13:16 (UTC +04:00)

Bu gün İstanbulda Ataturk Hava Limanında Türkiyənin Havaçılıq, Kosmos və Texnologiya Festifalı – Texnofest-2023 çərçivəsində qaliblərin mükafatlandırılması mərasimi keçirilir.

APA-nın xəbərinə görə, mərasim məkanına Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Türkyənin Birinci xanımı Əminə Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev idarə etdiyi TOGG avtomobili ilə gəlib.

Məraimdə Liviya Baş naziri Əbdülhəmid Dibeybə də iştirak edir,

Qeyd edək ki, milli texnoloji həmlə konsepsiyası ilə texnologiya sahəsində sürətlə inkişaf edən Türkiyənin altıncı ildir təşkil etdiyi builki “TEKNOFEST” festivalı aprelin 27-də start götürüb. Mayın 1-dək davam edəcək festival Türkiyə Texnologiya Komandası Vəqfinin (T3 Vəqfi), Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı, qardaş ölkənin milli texnoloji sistemində mühüm rol oynayan dövlət, özəl, elm və media qurumlarından ibarət 120-dək qurumun tərəfdaşlığı ilə keçirilir. İldən-ilə genişlənən “TEKNOFEST”də beş gün ərzində texnologiya, elm, aviasiya-pilotaj nümayişləri, sərgilər, konfranslar, texnoloji yarışlar, mükafatlandırma mərasimləri və digər tədbirlər təşkil olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR