Bank Of Baku

Türkiyədən idxal olunan 15 tondan artıq portağalda virus aşkarlanıb

Türkiyədən idxal olunan 15 tondan artıq portağalda virus aşkarlanıb
# 15 may 2023 16:23 (UTC +04:00)

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.

AQTA-dan APA-ya bildirilib ki, idxalatçı şirkət “Amotrade” MMC-nin müraciəti əsasında Agentlik əməkdaşları tərəfindən götürülmüş nümunələrin müayinələri nəticəsində Türkiyə Respublikasından idxal olunan 15 150 kq portağal məhsulunda karantin tətbiq olunan zərərli orqanizm - “Sitrus tristeza virusu” aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq, zərərli orqanizmlə sirayətlənmiş məhsul partiyası barədə qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilməsi və təhlükəli malların gömrük ərazisinin hüdudlarından kənarlaşdırılması və ya məhv edilməsi barədə qərar qəbul edilib.

Verilmiş qərara əsasən, “Təhlükəli Tullantılar” MMC-yə məxsus poliqonda məhvetmə tədbiri həyata keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR