Bank Of Baku

UNEC komandası TEXNOFEST 2023 finalında iştirak edir

UNEC komandası TEXNOFEST 2023 finalında iştirak edir
# 27 aprel 2023 12:52 (UTC +04:00)

Azərbaycan Dövlət İqtisad Universitetinin komandası TEXNOFEST-in finalında iştirak etmək üçün Türkiyədə səfərdədir. Dünyanın ən böyük texnoloji yarışması olan TEXNOFEST-də bu il 93 ölkənin komandası iştirak edir.

Universitetdən APA-ya verilən xəbərə görə, UNEC komandası yarışmaya kənd təsərrüfatı sahəsində istifadə ediləcək aqrar robot layihəsini təqdim edib. Süni intellektlə idarə olunan robot vasitəsilə əkin sahəsində bitkilərin alaq otlarından təmizlənməsi həyata keçiriləcək və məhsuldarlığın artımına nail olunacaq.

Layihənin rəhbəri və komandanın kapitanı Məhəmməd Rəhimovdur. O, UNEC-də “Layihələrin idarə edilməsi” ixtisası üzrə MBA təhsili alır. Komandanın üzvləri, Rəqəmsal iqtisadiyyat və Mühəndislik fakültələrinin tələbələri Türkan Bəşirli (Kompüter elmləri), Məhəmməd Məmmədov (Elektrik və elektronika mühəndisliyi), Kənan Mustafayev (Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi) və Ayşən Əhmədovadır (Kompüter elmləri).

Komanda ölkəni Türkiyənin İstanbul şəhərində təmsil edəcək.

Xatırladaq ki, Məhəmməd Rəhimovun rəhbərlik etdiyi digər komandalar ilk dəfə Türkiyənin İstanbul şəhərində keçirilən TEKNOFEST 2021 yarışmasında aqrar PUA layihəsi ilə ən yüksək bal ilə finala vəsiqə qazanmışdı. Həmçinin, Azərbaycanda keçirilən “TEXNOFEST 2022 Azərbaycan” yarışmasında da eyni kateqoriya üzrə UNEC-i uğurla təmsil etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR