Bank Of Baku

Uşaqların himayədar valideynin yaşayış yeri üzrə qeydiyyatı aparılacaq

Uşaqların himayədar valideynin yaşayış yeri üzrə qeydiyyatı aparılacaq
# 27 aprel 2023 16:27 (UTC +04:00)

Himayədar valideynə (himayədar ailəyə) verilmiş valideyn himayəsindən məhrum olmuş uşaqların həmin himayədar valideynin (himayədar ailənin) yaşayış yeri üzrə qeydiyyatının aparılması təklif olunur.

APA xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan və plenar iclasa tövsiyə edilən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Başqa sözlə, qanun layihəsi “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinə uyğunlaşdırma xarakteri daşıyır. Ailə Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, valideyn himayəsindən məhrum olmuş uşaqların himayədar ailəyə verilməsi mexanizmin təkmilləşdirilməsi nəzərdə tutulur. Həmin layihəyə əsasən uşağın himayədar ailəyə verilməsinə dair müqavilə himayədar ailəyə verilmiş uşaqların müvəqqəti olduqları yer, yəni himayədar ailənin yaşadığı yer üzrə qeydiyyata alınması üçün əsas hesab ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR