Bank Of Baku

Xarici dil imtahanından azad olunacaq doktorantların əhatəsi genişləndirilib

Xarici dil imtahanından azad olunacaq doktorantların əhatəsi genişləndirilib
# 19 aprel 2023 11:24 (UTC +04:00)

Xarici dil üzrə qəbul imtahanından azad olunacaq doktorantların əhatə dairəsi genişləndirilib.

APA xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda etdiyi dəyişiklikdə əksini tapıb.

Qərara əsasən, Xarici dil üzrə qüvvədə olan Cambridge English Qualifications beynəlxalq dil sertifikatına malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunacaqlar.


İndiyə qədər Xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF, DELF, DALF, STANAG) malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunurdular.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR