Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Ağabala Şamxal oğlu Hacıyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə, A. Hacıyevin Azərbaycanda dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.