Gəncədə müharibə əlilləri və şəhid övladlarına məktəbli formaları verilib - FOTO

Gəncədə müharibə əlilləri və şəhid övladlarına məktəbli formaları verilib - <span style="color: red;">FOTO
# 13 sentyabr 2014 16:45 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhərində yeni dərs ili ərəfəsində şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və məktəb direktorları ilə görüş keçirilib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev, şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva, AMEA-nın Gəncə Bölməsinin direktoru, akademik Fuad Əliyev, Qarabağ müharibəsi əlilləri, veteranları və Şəhid Ailələri İctimai Birliyi Gəncə şəhər şöbəsinin sədri Almaz Aşurov, şəhər ümumtəhsil məktəblərinin direktorları iştirak ediblər. Tədbiri giriş sözü ilə Naqif Həmzəyev açaraq bildirib ki, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev hər zaman olduğu kimi 2014-2015 tədris ilinin başlanğıcında da Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə diqqət göstərib. Yeni dərs ili ərəfəsində 375 şagirdə Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə pulsuz məktəbli forması hədiyyə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR