Bakı. Fərid Mirzəyev – APA. İyulun 17-də “Urologiya”, “Şüa diaqnostikası”, “Patoloji anatomiya”, “Oftalmologiya” və “Tibb bacısı” ixtisasları üzrə keçiriləcəyi açıqlanmış test imtahanlarının tarixi dəyişdirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, iyulun 17-i Ramazan bayramına təsadüf etdiyindən imtahanlar iyulun 22-nə keçirilib. Saat 11-də başlanacaq imtahanda iştirak edəcək şəxslər “Buraxılış vərəqəsi” və şəxsiyyət vəsiqəsini özləri ilə gətirməlidirlər.