Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün Azərbaycanın Baş Prokurorluğu ilə birgə prokurorluq orqanlarında işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Azərbaycan Texniki Universitetinin İdman Sarayında keçirilən imtahan saat 10:00-da başlanıb və 3 saat ərzində aparılıb.
İmtahan təlimata uyğun olaraq keçirilib, namizədlərin öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. İmtahanın nəticələri bu gün TQDK-nın internet saytında (www.tqdk.gov.az) yerləşdiriləcək.