GÜNÜN ŞƏRHİ
Optimistlər hesab edir ki, çəlləyin dibi görünüb. Neftin qiymətləri ən minimum səviyyəyə enib və artıq bahalaşma dönəmi başlayır. Pessimistlər isə iki günlük artım trendinə görə nəticə çıxarmağın tez olduğunu bildirir. Qiymət artımını müvəqqəti sayanların fikrincə, qiymətlərə Davos Forumunda verilən bəyanatların böyük təsiri olub. Dünya liderlərinin və transmilli korporasiyaların ümumi qənaəti neftin qiymətinin 40 dolların üstünə çıxacağı ilə bağlıdır. Bundan başqa ABŞ-ın neft ehtiyatlarının gözlənilən səviyyədə olmaması da bazarda canlanma yaradıb. Qiymət artımı həftə sonuna təsadüf etdiyindən, tərəflərdən hansının haqlı olacağını söyləmək çətin olacaq, bunun üçün ən azı bazar ertəsini gözləmək lazım gələcək. Artım tendensiyası bazar ertəsi də davam edərsə, o zaman “çəlləyin dibi” versiyası ağırlıq qazanmış olacaq. Qiymətlərdə eniş olarsa, demək ki, neft bazarında manipulyasiyalar hələ də davam etməkdədir.
Vüqar MƏSİMOĞLU
Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 22 Yanvar
22 yanvar 2016 17:15 (UTC +04:00)
Sosial
Kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib
10:41
20 sentyabr 2024
Allahşükür Paşazadə Moskvada Rus Pravoslav Kilsəsinin ordeni ilə təltif edilib
21:07
19 sentyabr 2024
Göygöldə özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub
17:33
19 sentyabr 2024
Ötən il ilk dəfə əlilliyi müəyyən edilmiş şəxslərin 10 faizdən çoxu gənclər olub
17:32
19 sentyabr 2024