Zaqatalada üç uşaq bağçası istifadəyə verilib

Zaqatalada üç uşaq bağçası istifadəyə verilib
# 02 sentyabr 2014 18:58 (UTC +04:00)

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu münasibətlə təşkil edilən açılış mərasimlərində  Zaqatala  rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, rayonun  hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri və bağça kollektivləri iştirak edib. 


İlk öncə  Aydın Əhmədov adına şəhər 6 saylı körpələr ev i- uşaq bağçasının açılış mərasimi olub. İki mərtəbəli olan körpələr evi - uşaq bağçası  95 yerlik və 5 qrupdan ibarətdir. 
Daha sonra Zaqatalanın ən ucqar yaşayış məskənlərindən biri olan Lahıc kəndində  dövlət vəsaiti hesabına ikimərtəbəli,  35 yerlik, Danaçı kəndində isə  ikimərtəbəli 40 yerlik, 2 qruplu  körpələr evi - uşaq bağçası  tikilərək istifadəyə verilib.  


Hər üç uşaq bağçası müasir avadanlıq və invertallarla təchiz edilib.  

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR