Bank Of Baku

Xilasedicilər Bakıda intihara cəhdin qarşısını alıblar - VİDEO

Xilasedicilər Bakıda intihara cəhdin qarşısını alıblar - VİDEO
# 27 aprel 2023 16:24 (UTC +04:00)

Bu gün günorta saatlarında Bakı şəhərinin Xətai rayonu ərazisində 1 nəfər kişi işıqlandırma dirəyinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, ərazidən keçən vətəndaşlar dərhal "112" qaynar telefon xəttinə məlumat veriblər. Qısa müddət sonra əraziyə Bakı Regional Mərkəzinin xilasediciləri cəlb olunub.

Xilasedicilər zəruri təhlükəsizlik tədbirləri göstərməklə vətəndaşla psixoloji söhbət aparıb və onu intihara cəhd fikrindən daşındırıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR