Son günlər davam edən intensiv yağışlar nəticəsində çaylarda suyun səviyyəsi artıb.
Bunu APA-ya açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya mərkəzinin direktoru Asif Verdiyev deyib.
O bildirib ki, yağıntılı hava şəraiti ilə əlaqədar respublikanın əksər çaylarında, o cümlədən tranzit çaylarda – Kür, Qanıx çayında suyun səviyyəsində artım müşahidə edilib.