Bank Of Baku

Zakir Fərəcov sakinlərlə səyyar görüş keçirib

Zakir Fərəcov sakinlərlə səyyar görüş keçirib
# 25 sentyabr 2026 15:54 (UTC +04:00)

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərin 11-ci mikrorayonunda sakinlərlə növbəti səyyar qəbul-görüş keçirib.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, görüşdə İH-nin məsul əməkdaşları, şəhərin kommunal və təsərrüfat xidmətlərinin, eləcə də digər aidiyyəti qurumların rəhbər və nümayəndələri iştirak ediblər.

Qəbul zamanı sakinlər tərəfindən sosial müdafiənin gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq, eləcə də digər sosial və kommunal məsələlərlə bağlı müraciətlər səsləndirilib. Qaldırılan məsələlərin əhəmiyyətli bir hissəsi yerindəcə həllini tapıb.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov sakinlərin müraciət və təkliflərini diqqətlə dinləyib, qaldırılan məsələlərin hər birinin qanunvericiliyin tələbləri və mövcud imkanlar çərçivəsində araşdırılması ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib. Bir sıra məsələlərin yerində və operativ şəkildə həlli istiqamətində tədbirlər müəyyənləşdirilib.

Görüş zamanı bildirilib ki, vətəndaş müraciətlərinə həssas və məsuliyyətli yanaşılması, sakinləri narahat edən məsələlərin vaxtında araşdırılması və imkan daxilində həllinin təmin edilməsi şəhər rəhbərliyinin fəaliyyətində əsas istiqamətlərdən biridir. Bu baxımdan səyyar qəbul-görüşlər vətəndaşlarla birbaşa ünsiyyətin qurulmasına, mövcud problemlərin yerində öyrənilməsinə və aidiyyəti xidmətlərin fəaliyyətinin daha çevik əlaqələndirilməsinə imkan yaradır.

Zakir Fərəcov vurğulayıb ki, şəhərin ayrı-ayrı ərazilərində sakinlərin gündəlik həyat şəraitinin yaxşılaşdırılması, kommunal və sosial məsələlərin həlli, abadlıq və infrastrukturun təkmilləşdirilməsi istiqamətində görülən işlər bundan sonra da ardıcıl şəkildə davam etdiriləcək.

Qeyd edək ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin müxtəlif mikrorayon və məhəllələrində mütəmadi olaraq təşkil edilən səyyar qəbul-görüşlər əhalinin müraciətlərinin birbaşa yerində öyrənilməsinə, vətəndaşlarla dövlət qurumları arasında səmərəli ünsiyyətin gücləndirilməsinə və qaldırılan məsələlərin həllinin operativliyinin artırılmasına xidmət edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR