“Mançester Yunayted”in qapıçısı “qızıl əlcək” mükafatına layiq görülü

“Mançester Yunayted”in qapıçısı “qızıl əlcək” mükafatına layiq görülü
# 11 may 2018 02:54 (UTC +04:00)

“Mançester Yunayted” qapıçısı David De Xea “qızıl əlcək” mükafatına layiq görülüb. Apasport.az saytının məlumatına görə, “Vest Hem”lə səfər matçında 0:0 hesablı bərabərliklə ayrılan komanda bununla da gümüş medalları təmin edib.

“Qırmızı şeytanlar”ın ispaniyalı qapıçısı isə mövsümboyu “quru” oyunların sayına görə rekordçu olub.


18 oyunda qapısını toxunulmaz saxlayan De Xea “qızıl əlcək” mükafatına sahib olub.

Qeyd edək ki, sona bir tur qalmış onun ən yaxın izləyicisi "Mançester Siti"li Edersondur - 16 "quru" oyun.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR