“Axınla aşağı” filmi Avstriyada nümayiş olunacaq

“Axınla aşağı” filmi Avstriyada nümayiş olunacaq
# 07 may 2016 12:28 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. “Axınla aşağı” bədii filmi mayın 21-də Avstriyada 6-cı Vyana İnteqrasiya Həftəsi çərçivəsində nümayiş olunacaq.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından APA-ya verilən məlumata görə, nümayiş LET’S CEE Beynəlxalq Film Festivalı tərəfindən təşkil olunur. LET'S INTEGRATE! filmlər silsiləsi Mərkəzi və Şərqi Avropa istehsalı olan filmlərin nümayişini həyata keçirir və “Axınla aşağı” bədii filmi bu il regiondan seçilən 6 film siyahısına daxil olub.

“Axınla aşağı” filmi 2015-ci ildə Let’s Cee Beynəlxalq Film Festivalında “İddialı debüt” müsabiqə proqramında “Münsiflər heyətinin xüsusi vurğulaması” mükafatına layiq görülüb.

Film 2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunub. Ekran əsərinin ssenari müəllifləri Asif Rüstəmov və Otar Pertaxia, quruluşçu rejissoru Asif Rüstəmov, operatoru Ayxan Salar, quruluşçu rəssamı Rafiz İsmayılov, bəstəkarı Xəyyam Mirzəzadə, icraçı prodüseri Nadir Əliyev, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Namiq Ağayev, Mehriban Zəki, Aleksandra Andreevska, Teymur Məmmədov və digərləri canlandırırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR