Dövlət Sərhəd Xidmətinin yеni təlim poliqonu istifadəyə vеrilib

Dövlət Sərhəd Xidmətinin yеni təlim poliqonu istifadəyə vеrilib
# 07 dekabr 2015 12:43 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Dövlət Sərhəd Xidmətinin birləşmə və hərbi hissələrinin döyüş hazırlığının yüksəl­dil­məsi, şəxsi heyət­də müasir silah və texnikaların döyüş tət­biqi üzrə baca­rıq və vərdiş­lərin daha da gücləndirilməsi, hərbi qul­luqçuların peşə­kar hazırlığının tə­min edilməsi üzrə xidməti imkan­ların genişləndirilməsi məqsədilə yeni təlim po­liqonu xidməti istifadəyə verilib.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev təlim poliqonuna və Dövlət Sərhəd Xidmətinin çevik-hərəkət bölmə­lərinin döyüş hazır­lığına baxış keçirib.

Şəxsi heyət qarşısında çıxış edən E. Qu­li­yev yeni təlim poliqonun xidməti istifadəyə verilməsi münasi­bə­tilə sərhəd­çiləri təbrik edib, bu təlim poliqo­nunun Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Sərhəd Mühafizəsinin inkişafına göstər­diyi böyük diqqət və qayğının növbəti nümunəsi olmasını, təlim poli­qonunda sər­­həd­çilərin peşəkar təlimi üçün mükəmməl şə­raitin yaradılmasını xüsusi vurğulayıb.

400 hektar ərazidə inşa olunmuş yeni təlim poliqonunda ən mürəkkəb və müxtəlif məsafəli atışlar üçün uzaqdan idarə olunan hə­dəf sistemləri qu­raş­dırılıb, taktiki hərəkətlərin işlənilməsi, çevik böl­­­mələrin şəxsi heyətinin fiziki hazırlığının, psixoloji və dözümlülük vərdiş­­lərinin inkişaf etdirilməsi üçün xüsusi təlim sahələri, komandir heyətinin bilik və bacarıqlarının artırılması üçün səhra tipli taktiki sinif­lərdən ibarət təlim sahəsi yaradıl­ıb.

Təlim poliqonundakı elektronlaşdırılmış atəş sahələrində atıcı və iriçaplı silahlardan eyni vaxtda çoxsaylı atış tapşırıqlarını yerinə yetirmək, hər bir atış prosesində sərrastlığı real vaxt rejimində qiy­mət­ləndirərək korrektə etmək imkanları təmin edilib. Poliqonun taktiki və çevik bölmələrin hazırlığı üzrə təlim sahələrində sərhəd­çi­lərə döyüşdə düzgün hərəkət bacarıqlarının aşılanması, şəxsi heyət­­də real döyüş şəraitində hədəfləri zərərsizləşdirmək və döyüş tapşırığını yerinə yetirmək vər­dişlərini formalaşdırmaq üçün geniş şərait yaradıl­ıb.

E. Qu­liyev tərəfindən şəxsi heyətin döyü­şə ha­zırlıq səviyyəsi müsbət qiymətləndirilib, təlim tapşırıq­larının bö­yük məharət və ruh yüksəkliyi ilə yerinə yetirilməsinin hərbi hissə və bir­ləşmələrin döyüş hazırlığının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin real nəticəsi olması qeyd olunub. Tədbirin sonunda təlim tapşırıqlarının yerinə yetirilməsində fərqlənmiş hərbi qulluqçular təltif olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR