Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən xeyli miqdarda siqaret müsadirə olunub

Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən xeyli miqdarda siqaret müsadirə olunub
# 07 may 2016 11:31 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan gömrük xidməti əməkdaşları xeyli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin “Samur” Gömrük Postunda 3 fakt üzrə minik avtomobillərindən gömrük nəzarətindən gizlədilməklə ölkə ərazisinə gətirilən 54 800 ədəd siqaretlər aşkar edilərək götürülüb.

Siqaretləri ölkə ərazisinə gətirməyə çalışan şəxslər tütün məmulatlarını avtomobillərin müxtəlif yerlərində gizlətməyə çalışsalar da gömrükçülərin sayıqlığı nəticəsində qaçaqmalçılıq hallarının qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR