"Unibank" yerli şirkətə 1,3 mln. manat kredit ayırıb

"Unibank" yerli şirkətə 1,3 mln. manat kredit ayırıb
# 10 oktyabr 2016 14:43 (UTC +04:00)

Bakı - APA-Economics. "Unibank" İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) vəsaitləri hesabına sahibkarlara güzəştli kreditlər verməkdə davam edir.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, bu vəsaitdən faydalanan şirkətlərdən biri də "S.A.B.A" MMC-dir. Şirkət "Unibank"ın iri layihələri maliyyələşdirmək proqramı çərçivəsində 1 270 000 manat vəsait əldə edib. Kredit bankın sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə xidmət göstərən ən böyük biznes filialı - "Unibank - Biznes Mərkəzi" filialında ayrılıb. Ayrılmış vəsait hesabına şirkət yeni texnologiyalı ən müasir avadanlıqlar alaraq, istehsal gücünü azı 2 dəfə artıracaq. Eyni zamanda şirkət ixracat yönümlü məhsulların istehsalının həyata keçirməyi planlaşdırır. "Unibank"la həyata keçirilən bu geniş layihə ölkəmizdə yeni iş yerlərinin yaradılmasına təkan verəcək.

Azərbaycan dondurma bazarında aparıcı yerlərdən birini tutan “S.A.B.A." şirkəti "Millennium" ticarət nişanlı dondurmaların istehsalı və satışını həyata keçirir. 16 ildir istehsal fəaliyyəti göstərən şirkətin, respublikamızın bütün regionlarında nümayəndəlikləri var və regionların dondurmaya olan tələbatını ödəmək gücündədir. Dondurma istehsalında yüksək keyfiyyətli ərzaq məhsullarından istifadə edən "S.A.B.A." istifadə olunan xammal məhsullarının və istehsal olunan dondurmanın keyfiyyətinin və təhlükəsizliyinin yoxlanması üçün yüksək texnologiyalarla təchiz olunan, Avropa standartlarının tələblərinə cavab verən laboratoriyaya malikdir.

"Unibank" ölkəmizdə özəl sektorun inkişafına dəstəyini davam etdirir. Yüksək keyfiyyətli bank xidmətlərindən faydalanmaq üçün sahibkarlar bankın “Qara Qarayev”, “İçərişəhər”, “Dərnəgül”, “Yasamal” filialları və “Unibank - Biznes Mərkəzi”nə, eləcə də "Unibank"ın bölgə filiallarına müraciət edə bilərlər.

Ölkənin ən kapitallaşmış maliyyə təsisatlarından olan "Unibank", yaxın vaxtlarda nizamnamə kapitalını 80%-dək artıracaq və bununla da böyük layihələrin reallaşdırılmasını daha da sürətləndirəcək. Maliyyə Bazarlarına Nəzarət Palatası artıq "Unibank" ASC-nin hər birinin nominal dəyəri 2.72 manat olan 20,220,589 ədəd adi sənədsiz səhmlərini dövlət qeydiyyatına alıb. Yerləşdirmə nəticəsində "Unibank"ın nizamnamə kapitalı 125 mln. 565 min 234,08 manat olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR