ABŞ: Yaponiya valyuta müharibəsindən çəkinməlidir

ABŞ: Yaponiya valyuta müharibəsindən çəkinməlidir
# 09 oktyabr 2016 06:20 (UTC +04:00)
Bakı - APA-Economics. Yaponiya G20 ölkələrinin üzərinə götürdüyü öhdəliyə sadiq qalaraq rəqabətli devalvasiyadan çəkinməlidir. “APA-Economics” “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Ceykob Lyu yaponiyalı həmkarı Taro Aso ilə Vaşinqtonda keçirdiyi görüşdə bildirib.
Qeyd edək ki, rəsmi Tokio Yaponiyanın milli valyutası olan yenin bahalaşmasını dayandırmaq üçün valyuta bazarında intervensiyaların aparılacağına dair dəfələrlə xəbərdarlıq edib. Yaponiya hökuməti bu addımla ixracatçıları qorumaq istəyir. Rəsmi Vaşinqton isə bu addımla razı deyil və bu cür tədbirləri valyuta müharibəsi kimi qələmə verir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR