TFF prezidenti Yıldırım Dəmirörən xəstəxanaya yerləşdirilib

TFF prezidenti Yıldırım Dəmirörən xəstəxanaya yerləşdirilib
# 27 fevral 2016 11:12 (UTC +04:00)

Bakı - APA. Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Yıldırım Dəmirörənin səhhətində problem yaranıb.

Apasport.az saytının məlumatına görə, 52 yaşlı futbol funksioneri bu gün xəstəxanaya yerləşdirilib.

Buna onun bel nahiyəsindəki ağrılar səbəb olub. TFF başçısı Fulya Acıbadem Xəstəxanasında əməliyyat olunacaq.

Neçə vaxtdır fəqərə yırtığından əziyyət çəkən Dəmirörənin ağrıları son vaxtlar xeyli artıb.

Bu üzdən planlı şəkildə əməliyyat olunmaq zərurəti yaranan TFF rəhbəri xəstəxanaya müraciət edib. Onun əməliyyatının təxminən iki saat davam edəcəyi gözlənilir.

Qeyd edək ki, Dəmirörən 2012-ci ildən TFF-ın prezidentidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR