İrandan Azərbaycana narkotik keçirmək istəyən şəxs saxlanılıb

İrandan Azərbaycana narkotik keçirmək istəyən şəxs saxlanılıb
# 15 aprel 2016 08:22 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük Postunda İrandan Azərbaycana piyada yolla gələn Azərbaycan vətəndaşının üzərində qanunvericiliyə uyğun olaraq şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, yoxlama zamanı onun sol ayağındakı corabın içərisindən şəffaf sellofanda gömrük nəzarətindən gizlədilən, xalis çəkisi 5,81 qram olan psixotrop maddə - metamfetamin aşkar olunaraq götürülüb.

Xatırladaq ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin”in I Siyahısına daxildir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR