Xəzər dənizində növbəti zəlzələ qeydə alınıb

Xəzər dənizində növbəti zəlzələ qeydə alınıb
# 06 oktyabr 2016 07:07 (UTC +04:00)

Bakı-APA. Xəzər dənizində növbəti dəfə zəlzələ baş verib.

Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən məlumata görə, yeraltı təkan Bakı vaxtilə saat 02.01-də Astara şəhərindən 48 km şərqdə, Xəzər dənizində qeydə alınıb. 3 maqnitudalı zəlzələ 22 km dərinlikdə baş verib və hiss olunmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR