TAP-ın təməlqoyma mərasimində Azərbaycan nümayəndə heyətinə Yaqub Eyyubov rəhbərlik edir

TAP-ın təməlqoyma mərasimində Azərbaycan nümayəndə heyətinə Yaqub Eyyubov rəhbərlik edir
# 17 may 2016 10:45 (UTC +04:00)

Bakı - APA-Economics. Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) təməlqoyma mərasimində Azərbaycandan olan nümayəndə heyətinə baş nazirin birinci müavini Yaqub Eyyubov rəhbərlik edəcək.

"APA-Economics" xəbər verir ki, Y. Eyyubovla yanaşı energetika naziri Natiq Əliyev və SOCAR-ın prezidenti Rövnəq Abdullayev də təməlqoyma mərasimində iştirak edəcək.

Qeyd edək ki, tədbir Yunanıstanın Soloniki şəhərində keçiriləcək.

Mərasimdə Yunanıstanın baş naziri Aleksis Tsipras, Avropa Komissiyasının vitse-prezidenti Maroş Şevçoviç, ABŞ Dövlət Departamentinin enerji məsələləri üzrə xüsusi elçisi Amos Hokstayn, İtaliyanın dövlət naziri Klaudio de Vintsenti, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili və layihənin iştirakçısı olan ölkələrin energetika nazirləri iştirak edəcəklər.

Qeyd edək ki, TAP "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. Boru kəmərinin gücü ildə 10 mlrd. kubmetr qaz təşkil edir. Lakin tələb və təklifdən asılı olaraq bu rəqəmin 20 mlrd. kubmetrə çatdırılması mümkündür. Azərbaycan qazının bu kəmərlə nəqlinə 2019-cu ilin sonunda başlanması gözlənilir.

TAP-ın səhmdarları SOCAR (20%), BP (20%), “Snam” (20%), “Fluxys” (16%), “Enagas” (16%) və “Axpo” (5%) şirkətləridir.

Kəmərin uzunluğu 878 km-dir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR